Zatulinin Bakıya qarşı böhtanlarına XİN dən cavab

27.02.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin çıxışına Azərbaycan XİN şərh vermir.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq XİN-dən bildirilib.

Qeyd edək ki, ötən gün Moskvada MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə təşkil etdiyi dəyirmi masada Konstantin Zatulin həqiqətləri təhrif edən və Azərbaycana qarşı böhtanlarla dolu çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью