Zaur Axundov ev dustaqlığında qaldı

31.03.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundovun ev dustaqlığında saxlanılma müddəti uzadılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar çıxarıb.
Hakim xüsusilə külli miqdarda yeyintidə ittiham olunan şəxsin istintaqdan yayınma ehtimalının qarşısının alınması məqsədilə təqdimatı təmin edib.
Qərara əsasən, Axundovun yaşayış yerini dəyişməsini məhdudlaşdıran ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına qərar verilib.
Qeyd edək ki, Z.Axundov Cinayət Mcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Onun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır. O, ölkədə olmadığından tutulması mümkün olmayıb. Qardaşların ikisinin də cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью