Zaur Axundov millinin sabiq kapitanının iradlarına münasibət bildirib İdman və Biz | Icma.…
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov millinin sabiq kapitanı Rizvan Fərzəliyevin ona laqeyd münasibət göstərilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
İdman.biz xəbər verir ki, qurum rəsmisi bu barədə "Report"a danışıb.
O, 45 yaşlı sabiq oyunçunun xidmətlərinə görə yüksək məbləğdə maaş və bonuslar aldığını qabardıb: “Rizvan Fərzəliyevin açıqlamasına mübasibət bildirmək istəmirdim, amma bu hal ikinci dəfə yaşandığına görə bunu lazım bildim.
Hər bir peşə sahibinin öz öhdəliyi, vəzifə borcu var və buna görə də maaş alır. İdmanda da belədir.
Rizvanı “Araz-Naxçıvan” komandasına vaxtilə mən dəvət etmişəm.
Elə məsələlər var ki, bu, klubla futzalçı arasında olduğuna görə açıqlamağı lazım bilmirəm.
Millinin və “Araz-Naxçıvan”ın keçmiş baş məşqçisi Joze Alesio Da Silva ilə bağlı narazılığını dilə gətirib.
Tam oxu
Xəbəri oxu