Icma.az, Milli.az saytına istinadən bildirir.
Aparıcı Zaur Baxşəliyev televiziya fəaliyyətindəki fasilə ilə bağlı izləyicilərinin suallarına münasibət bildirib.
Milli.Az xəbər verir ki, sosial şəbəkədə izləyiciləri ilə söhbətləşən aparıcı ATV-də yeni mövsümün başlasa da, onun proqramının hələ də yayımlanmamasına aydınlıq gətirib. Baxşəliyev bildirib ki, telekanalda yeni verilişlərin yayımlanmasına başlanılmadığı halda, yalnız onun proqramının olmamasının soruşulması düzgün deyil.
"ATV-də hansı veriliş başlayıb? Bircə xəbərlər gedir. Köhnə verilişlər yayımlanır. ATV başlasın ki, biz də başlayaq", - deyə aparıcı narazılığını ifadə edib.
Xatırladaq ki, Zaur Baxşəliyev ATV-də yayımlanan "Bizimləsən" proqramının yayımı ötən televiziya mövsümündə dayandırılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)