Zaur Bayramlı qəzaya düşdü

16.06.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikada yaşayan azərbaycanlı ictimai fəal Zaur Bayramlı Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

Bu barədə Bakıvaxtı.az-a özü məlumat verib.

Z. Bayramlının sözlərinə görə, o, “Bolt” taksi ilə evə gedərkən arxadan gələn avtomobilin toqquşması nəticəsində qəza baş verib. Zərbə zamanı onun başı avtomobilin yan şüşəsinə dəyib.

Hadisədən sonra onun baş nahiyəsində kəskin ağrılar müşahidə olunub.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью