Zaur Dibirova yüksək vəzifə verildi YENİ TƏYİNAT

22.09.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda aviasiya xidmətləri göstərən “ASG – Aviation Services Group”da vitse-prezident vəzifəsinə yeni təyinat olub.

Bu vəzifəyə Zaur Dibirov təyin edilib.

O, 2022-ci ildən bu təyinatadək “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Maliyyə və mühasibatlıq şöbəsinin direktoru vəzifəsində çalışıb.

2021-2022-ci illərdə “Pasha Construction”da Maliyyə direktoru, 2020-ci ildə isə “Şahdağ Turizm Mərkəzi”ndə sədr müavini, 2016-2018-ci illərdə isə Abşeron Hotel Group-da müxtəlif vəzifələrdə işləyib.

Qeyd edək ki, “Aviation Services Group” Azərbaycan və beynəlxalq aviasiya sahəsində fəaliyyət göstərən şirkətlər qrupudur. /İqtisadiyyat.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью