Zaur Əliyev federasiya rəhbəri oldu

18.01.2025

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycan Üzgüçülük Federasiyası ümumi yığıncağı keçirilib. 


Manset.az xəbər verir ki, yığıncaqda Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib.

Baş tutmuş səsvermənin nəticələrinə əsasən növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Federasiyanın sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.

Qeyd edək ki, Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью