Zaur Əliyev həmin dəyişiklikdən danışdı

27.01.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İcbari tibbi sığorta haqqının məbləğinə dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər barədə danışarkən bildirib.

Z.Əliyev qeyd edib ki, qeyri-dövlət və qeyri-neft-qaz sektorunda işləyənlər üzrə sığorta haqqının hesablanması qaydası dəyişdirilib:

“İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %; işçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5% tutulur. Əvvəl bu məbləğ 8000 manat idi”.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью