Zaur Hacı Məhərrəmov erməni ilə eyni oyuna təyinat alıb EKSKLÜZİV

05.03.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov erməni hakim-inspektorla eyni oyuna təyinat alıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Konfrans Liqasının 1/8 final mərhələsində Yunanıstanda "Panatinaikos" və İtaliyanın "Fiorentina" komandaları arasında keçiriləcək ilk oyunda iş başında olacaq.

Maraqlıdır ki, qarşılaşmada hakim-inspektor funksiyasını əslən erməni olan Paskal Qəribyan yerinə yetirəcək. O, hazırda fransanı təmsil edir.

Qeyd edək ki, matç martın 6-da təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью