Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Apasport.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, o, 18 yaşadək oğlanlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında hakimlik edəcək.
Yarış noyabrın 20-23-də Latviyanın Dauqavpils şəhərində baş tutacaq.
Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Latviya və Polşanın milli komandaları mübarizə aparacaq.
Yüksək Liqa: III turun proqramı Azərbaycan yığmaları EEVZA çempionatında iştirak edəcəklər İslamiadanın gümüş medalçısı: "Birinci olmaq üçün əlimizdən gələni etdik" “Azərreyl” Niderland klubuna məğlub olub Millimiz finalda məğlub oldu, gümüşlə kifayətləndi