Zaur Həşimov Neftçi ilə matçdan sonra nə danışdı?

05.09.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində “Şəfa” “Neftçi”yə 1:4 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Şəfa”nın baş məşqçisi Zaur Həşimov matç haqda fikirlərini bildirib:

"Bizim üçün gərgin və ağır oyun keçdi. Birinci hissədə top daha çox 'Neftçi'də olsa da, müdafiədə ciddi səhvlərə yol vermirdik və bütün zonaları bağlamağı bacarırdıq. Sadəcə, rəqib kiçik bir səhvimizdən istifadə edərək gözəl qol vurdu.

İkinci hissəyə yaxşı başladıq və hesabı bərabərləşdirdik.

Lakin bundan sonra arxa-arxaya iki top buraxmağımız komandanı psixoloji olaraq ruhdan düşürdü. Məğlubiyyətə baxmayaraq, belə səviyyəli oyunlarda komandanın təcrübəsi daha da artır. Düşünürəm ki, bu məğlubiyyətin gələcək bizə faydası olacaq".

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью