Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir

12.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan İslam dünyasında, o cümlədən yaxın Şərqdə həm dünyəvi dövlətçilik modelini, həm də dini inancları uzlaşdıran nadir bir dövlətçilik modeli qurub. Biz vətəndaş cəmiyyəti olaraq bu dövlətçilik modelini qoruyuruq. Azərbaycan dövləti və xalqı bu dünyəvi dövlətçilik modeli uğrunda uzun əsrlərdir ki, mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib

O, eyni zamanda, vurğulayıb: “Bizim cəmiyyətə çağırışımız ondan ibarətdir ki, indi baş verənləri məhz qanunvericilik çərçivəsində, Konstitusiya müstəvisində dəyərləndirsinlər. Azərbaycan cəmiyyətinin bu cür təxribatlara qarşı yüksək davamlılığı var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью