Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasının IV turu çərçivəsində səfərdə "Qarabağ"ın qonağı olan "Araz-Naxçıvan" 2:3 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Zaur İsmayılov matç haqda fikirlərini bildirib:
"Maraqlı və gərgin oyun izlədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Təəssüf ki, qolu erkən buraxdıq. Daha sonra rəqib standart vəziyyətdən ikinci topu vurdu. Bizim üçün sevindirici məqam odur ki, mövsümdə ilk qollarımızı vurduq. Biz də standart vəziyyətlərdən fərqləndik. Sona yaxın heç-heçə edə, 1 xal qazana bilərdik. "Qarabağ" kimi rəqibə qarşı uşaqlar yaxşı mübarizə apardılar".
“Sumqayıt” Tovuz səfərindən xalsız qayıdır - YENİLƏNİB Edqar Adilxanov: BƏZƏN OYUN YADIMDAN ÇIXIRDI “Xankəndi”də yeni təyinat Yuri Vernidub: “Hələ çox işimiz var” Zaur Həşimov: “Məğlubiyyətin bizə çox xeyri olacaq”