Milli.az saytına istinadən Icma.az xəbər verir.
Aparıcı Zaur Kamal televiziya fəaliyyətindən uzaqlaşmasının həyatına və ətrafındakı insanlarla münasibətlərinə necə təsir etdiyindən danışıb.
Milli.Az xəbər verir ki, o, televiziya sahəsində çalışdığı dövrdə ətrafında çoxlu dost-tanışın olduğunu, lakin efirlərdən uzaqlaşdıqdan sonra həmin insanların əksəriyyətinin onunla əlaqəni kəsdiyini bildirib.
Aparıcı vaxtilə verilişinə dəvət etdiyi sənət adamlarının da indi onunla maraqlanmadığını vurğulayıb. Zaur Kamal indiki vəziyyətindən gileylənərək heç kimin zəng edib halını soruşmadığını, nəyəsə ehtiyacı olub-olmadığı ilə maraqlanmadığını qeyd edib.
O, fikirlərini bu sözlərlə ifadə edib: "Televiziya olanda insanlar da ətrafımda çox idi, dost-tanış da. Amma indi o şeylər yoxdur. Bağda ərik var idi, salam-əleyk var idi məsələsi. Zəng edib əhvalın necədir, nəyə ehtiyacın var deyə soruşan da yoxdur. Allah heç kəsi heç kəsə möhtac eləməsin".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)