Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Tanınmış teleaparıcı Zaur Kamalın rayon səfəri zamanı maraqlı anlar yaşanıb.
Milli.Az xəbər verir ki, aparıcını görən yerli sakinlər ona yaxınlaşmaq üçün ətrafına toplaşıblar. Bir çox insan Zaur Kamalla xatirə fotosu çəkdirmək istəyib.
Qısa zamanda ərazidə sıxlıq yaranıb. Sakinlərin aparıcıya göstərdiyi diqqət və yaranan izdiham lentə alınaraq sosial şəbəkələrdə maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)