Zaur Kərimov 4 ay bundan əvvəl işdən çıxıbmış Onun yerinə indi Elşad Cəbrayılovdur FOTO

23.04.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi Zaur Kərimov 4 ay bundan əvvəl istefa veribmiş.

Bu barədə Milli.Az-a açıqlamasında AQTA-nın mətbuat katibi İlkin Kərimov məlumat verib.

Onun sözlərinə görə, həmin tarixdən etibarən bu vəzifəni Elşad Cəbrayılov icra edir:

"Qeyd olunan xəbər köhnə məlumat əsasında hazırlanıb. Belə ki, Zaur Kərimov 4 ay bundan əvvəl, yəni daha dəqiq desək, 16.12.2024-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilib və elə həmin tarixdən etibarən bu vəzifəni Cəbrayılov Elşad Mehman oğlu icra edir".

Xəyal
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью