Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir neçə gündür ki, sosial şəbəkələrdə jurnalist Gülşən Şərifin xərçəng xəstəliyindən əziyyət çəkdiyinə dair məlumatlar paylaşılır.
KONKRET.az xəbər verir ki, bu xəstəliyin müalicəsi çox bahalı olduğundan jurnalistlər sosial şəbəkələrdə kampaniya başladaraq, dəstək aksiyası keçiriblər.
Sosial şəbəkələrdəki paylaşımları görən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov nəcib addım ataraq jurnalistin müalicə xərclərini öz üzərinə götürüb.