Zaur Mikayilov OPEC Fondunun vitseprezidenti ilə görüşdü FOTOLAR

17.11.2024

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayilov OPEC Fondunun vitse-prezidenti xanım Şaima Al-Şeybi ilə görüş keçirib. 

Manset.az xəbər verir ki, görüşdə Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən potensial infrastruktur layihələri müzakirə olunub. 

OPEC Fondunun rəhbərliyi ölkəmizdə davamlı su təchizatını təmin edəcək bütün layihələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəstək niyyətlərini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью