Zaur Mikayılova yeni müavinlər təyin olundu

23.11.2024

Icma.az, Tribuna saytına istinadən bildirir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunub.

Tribunainfo.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, bunlar, Xəyyam Fəxrəddin oğlu Məmmədov (I müavin), İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədovdur.

Bu münasibətlə qurumda iclas keçirilib və müavinlər kollektivə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью