Zaur Nəbioğlu müflis oldu KONKRET

06.11.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlu müflis olub.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb.

“97 min manat pul itirdim. İki-üç ay depressiya yaşadım. Bir evim var idi, onu satmışdım. “Food city”bazarına mal vurdum, öz ağlımla guya qəşəng qazanacaqdım. 97 min manat ziyan etdim.  Dost dediyim insana güvənmişdim. Atam dedi ki, bundan sonra heç kimə güvənmə. Dedim ki, onda daha “öl” de də. Düşünürəm ki, insanlara güvənməsən, ölərsən…” – o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью