Zaur Paşayev milli karyerasını başa vurub

24.11.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

Zaur Paşayev basketbol üzrə Azərbaycan yığmasındakı çıxışını başa vurub. Sport24.az xəbər verir ki, 41 yaşlı idmançı bu gün sonuncu dəfə millinin formasını geyinib.

2027-ci ildə keçiriləcək dünya çempionatının 1-ci seçmə mərhələsində yığmamız İsveçrə ilə qarşılaşıb. Millimizin 55:85 hesabı ilə məğlub olduğu oyunda Zaur 15 dəqiqə meydanda olub. O, 3 xal və 3 ribaundluq nəticəyə imza atıb.

Azərbaycan Basketbol Liqasında "Quba" klubunda çıxış edən Zaur karyerası ərzində "NTD-Devon", "Qala", "Araz-NTD" və "Cəlilabad" kimi komandaların formasını geyinib. O, Gürüstanın "NTD- Tbilisi" və "Kutaisi" klublarında legioner həyatı yaşayıb.

Qeyd edək ki, Paşayev iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью