Zaur Ramazanov: Qarabağ xalla qayıdacaq

07.11.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü matçına çıxacaq. Ağdam təmsilçisi Norveçdə "Bodo Qlimt"i ilə qarşılaşacaq.

"Qarabağ"ın sabiq futbolçusu Zaur Ramazanov Sport24.az-a açıqlamasında oyunla bağlı fikirlərini açıqlayıb:

"Çoxları "Qarabağ"ın məğlub olacağını düşünür. Mən əksinə komandamızın "Bod Qlimt" səfərindən xal və ya xallarla qayıdacağını fikirləşirəm. "Qarabağ"ın hər oyunda çoxlu qol şansları olur. Sadəcə, istifadə edə bilmirlər".

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Oyunu Portuqaliyadan olan hakimlər idarə edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью