Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.
Bu barədə Moderator.az-a Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.
Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.