Zaur Rzayevin SON DURUMU açıqlandı

15.10.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəstəxanaya yerləşdirilən Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib. 

Qeyd olunub ki, 1952-ci il təvəllüdlü şəxs (kişi) 14.10.2026-cı il tarixində saat 21:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya edilib. Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib.

"Hazırda pasiyentin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".

Xatırladaq ki, Xalq artisti Zaur Rzayevin səhhəti ötən gün yenidən pisləşib. Müğənni xəstəxanaya aparılıb. 

Məlumat üçün bildirək  ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Günəş Mərd 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью