Zaur Rzayevin son durumu açıqlandı

15.07.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu “teleqraf.com”a açıqlamasında Xalq artisti Zaur Rzayevin oğlu, opera ifaçısı Azər Rzazadə deyib.

Onun sözlərinə görə, atasının ürəyində problem aşkarlanıb:

“Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək”.

Qeyd edək ki, Xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью