Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xalq artisti Zaur Rzayev sentyabrın 11-i axşam saatlarında müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb.
Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq xəstəxanadan məlumat verilib.
Qeyd edək ki, Xalq artisti 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub. Bildirilib ki, Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)