Zaur Rzayevin vəziyyəti ağırdır

14.10.2026

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

OLAY Axşam.az-a istinadən yazır ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.

Z.Rzayevin ailəsi saytımıza açıqlamasında ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib:

“İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda ev şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью