Zaur televiziyadan getmə istəyindən danışdı

16.11.2024

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Aparıcı Zaur Baxşəliyev televiziyadan getmə istəyindən danışıb.

Axşam.az xəbər verir ki, o, bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, dəfələrlə efirdən uzaqlaşmaq qərarı verib:

"Televiziya elədir, girdin çıxa bilmirsən. Dəfələrlə demişəm ki, Günay (həyat yoldaşı, aparıcı Günay Baxşəliyeva - red.) nöqtəni qoyaq gedək. Yorulmuşam. Getsəm, birdəfəlik gedəcəyəm. İllərlə çəkdiyin zəhmət, oduğun əziyyət, yuxusuz gecələr, itirdiyin gəncliyin səni qalmağa vadar edir. Sanki övladındır, ata bilmirsən. 22 ildir bu sahədəyəm". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью