Zaurla Günayın ATV dən getməsi barədəAÇIQLAMA

15.05.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair məlumatlar yayılıb. Səbəb kimi isə Zaur-Günay cütlüyünün xaricə köçəcəkləri iddia olunur.

Qeyd edək ki, mediada artıq ikinci dəfədir ki, bənzər səpkidə məlumat yayılır.

Bakupost.az xəbər verir ki, ATV rəsmisi Ozal İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur:

“Boş söhbətdir. Köhnə xəbərdir, yenidən hamı verir. Bununla bağlı 1 il öncə açıqlama verilib.

Köhnə xəbərə yeni açıqlama vermək qeyri peşəkarlıq olar”, - deyə Ozal İbrahimli qeyd edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью