Zaurun efirində ana və qızı QIRĞINA ÇIXDI Aparıcı özündən VİDEO

25.01.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Zaur Baxşəliyevin aparıcılığı ilə yayımlanan "Bizimləsən" verilişində gərgin anlar yaşanıb.

Milli.Az xəbər verir ki, canlı efirdə ana və qız arasında baş verən söz savaşı studiyada əsl qalmaqala çevrilib.

Verilişin gedişində ana və qız bir-birinə qarşı ağır ittihamlar səsləndirib, tərəflər arasında emosiyalar nəzarətdən çıxıb. Gərginlik isə Arzu adlı iştirakçının açıqlamalarından sonra daha da artıb. Belə ki, Arzu aparıcı Zaur Baxşəliyevin ona göstərdiyi diqqəti və çəkdiyi zəhməti yerə vuraraq, "Məndən reytinq qazanır" deməsi ilə aparıcını özündən çıxarıb.

Bu sözlərdən sonra Zaur Baxşəliyev sərt reaksiya verib. Aparıcının emosional çıxışı diqqət çəkib.

Sözügedən anlar qısa müddətdə sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. İzləyicilər baş verənlərə fərqli münasibət bildirərək, efirdə yaşananları tənqid edən fikirlər səsləndiriblər.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью