Zaurun oğlu aparıcılığa başladı

09.05.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Tanınmış aparıcı Zaur Kamalın oğlu Bartu yenidən televiziya məkanına qayıdıb. O, artıq ARB kanalında yayımlanan "Axşam 7-də" proqramı ilə tamaşaçıların qarşısına çıxır.
Demokrat.az xəbər verir ki, Bartu bu dəfə efir həyəcanını tək yaşamır. O, proqramı muğam ifaçısı Gülzar Fərəcova ilə birlikdə təqdim edir. Maraqlıdır ki, yeni layihənin rəhbərliyini də elə Zaur Kamal özü üzərinə götürüb.
Xatırladaq ki, Bartu bundan əvvəl atası ilə "Həmin Zaur" proqramında tərəf müqabili idi. Həmin veriliş bu ilin mart ayında fəaliyyətini dayandırmışdı. İndi isə gənc aparıcı yeni komanda və fərqli formatla efir karyerasını davam etdirir. (yenisabah)
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью