Zavod binasındakı tullantılar yanğına səbəb oldu Foto

03.12.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncədə fəaliyyət göstərməyən dəyirman zavodunda toplanan məişət tullantıları yanğına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın tikilinin üçüncü mərtəbəsində başlayıb. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.

Bildirilib ki, zavod uzun müddətdir fəaliyyətsizdir. Lakin binanın bir neçə hissəsi müxtəlif işlər üçün icarəyə verilib.

Yunis Quliyev



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью