Zavodda bədbəxt hadisə: Qadının barmaqları amputasiya olundu

24.04.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən zavodlardan birində bədbəxt hadisə baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının 2 barmağı amputasiya olunub.

Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью