Zavodda FACİƏ: ölən var FOTO

03.05.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub.

Milli.Az xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "İdeal" kərpic zavodunun həyətində baş verib.

Küləyin təsirindən zavodun hasarı "KamAZ" markalı yük avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində sükan arxasında olan 45 yaşlı Xızı rayon sakini Natiq Xankərəm oğlu Haqverdiyev ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalar aparılır. /"Qafqazinfo"

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью