“Zavodda gördüklərimdən sonra koladan KONKRET

01.02.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Bakı şəhər prokurorluğunda işlədiyim vaxt Xırdalanda qəribə bir hadisə baş vermişdi. Həmin ərazidə yerləşən ‘Cola’ şirkətlərindən birinin zavodunda içkinin tərkibinə vurulan qazın saxlanıldığı çən partlamışdı. Tənzimləmə mexanizmi işləmədiyi üçün çəndə təzyiq artmış, nəticədə çən 2 kilometrdən artıq məsafəni havada qət edərək Bakı–Sumqayıt yolunun üzərindən keçib yaşayış evlərindən birinə çırpılmışdı. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı.”

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı, keçmiş prokurorluq işçisi Müşviq Abbasov deyib.

O bildirib ki, həmin hadisə ilə bağlı zavodun daxilində aparılan baxış zamanı gördüyü mənzərə onu dəhşətə gətirib. Müşviq Abbasovun sözlərinə görə, zavodun hər tərəfi çirkab içində olub, “cola” üçün istifadə edilən plastik qabların yuyulduğu su çənindəki suyun rəngi palçıqdan seçilməyib.

Daha sonra o qeyd edib ki, zavodun divarları boyunca siçanların qaçdığını, onların birbaşa içki qablarının üzərindən keçdiyini görüb. Müşviq Abbasovun sözlərinə görə, məhz həmin gündən sonra o, qazlı içkilərdən, xüsusilə də “cola”dan birdəfəlik imtina edib.

Yazıçı əlavə edib ki, bu xatirəni yazmaqda məqsədi valideynləri xəbərdar etməkdir. Onun fikrincə, uşaqların istehlak etdiyi bəzi qazlı içkilərin istehsal şəraiti ciddi suallar doğurur və valideynlər bu məsələyə biganə qalmamalıdır.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью