Zavodda yanğınla bağlı araşdırma aparılır Nazirlik məlumat yaydı

10.12.2024

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə MSN-in məlumatında deyilir.

Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb. Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью