“Zavodumuzda istehsal olunan içkilərin satışı dayandırılmayıb” Emin Hüseynov | Icma.az
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Zavodumda istehsal olunan araqların satışında heç bir problem yoxdur. AQTA qadağa qoymayıb, satışın həyata keçirilməsi üçün sənəd verilib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Quseynoff” MMC-nin sahibi Emin Hüseynov deyib.
O qeyd edib ki, sahibi olduğu zavodun istehsal etdiyi spirtli içkilərin standartlara cavab verməsi bütün imkanlardan istifadə edilib: “Mən bir iş adamı kimi anlayıram ki, dövlətə, xalqa və ümumilikdə cəmiyyətə xidmət etmək böyük məsuliyyət tələb edir.
Bu səbəbdən də istehsal etdiyimiz məhsulların keyfiyyətli olması və insanlara zərər verməməsi də bizə olan inamı artırır.
Bizim məqsədimizin cəmiyyətə xidmət etmək olduğunu yaxşı başa düşürəm.
Şərab istehsalında yüksək keyfiyyət və standartlara riayət etmək, yalnız məhsulun müştərilərə keyfiyyətli təqdim edilməsi baxımından deyil, həm də istehsalçı kimi etibarımızın qorunması üçün çox vacibdir.
Bütün bunları nəzərə alaraq, zavodumuzun istehsal etdiyi şərabların standartlara cavab verməsi üçün əlimizdən gələni edirik.
Tam oxu
Xəbəri oxu