Zaxarova 3+3 formatına DİQQƏT ÇƏKDİ Aktuallaşır!

26.12.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Moskva İrəvan-Bakı dialoqunda müsbət dinamika görür və regionda əlaqələrin bərpasına diqqət yetirir".

Bakıvaxtı.az “armenews.com”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 26 dekabrda keçirilən mətbuat brifinqində bildirib. O qeyd edib ki, Rusiya kommunikasiya yollarının açılmasını, xüsusən də Rusiya buğdasının Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılmasının davam etməsini alqışlayır:

“Bu, nəqliyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsini vurğulayan "3+3" formatının inkişafının aktuallığını təsdiqləyir".

M.Zaxarova onu da əlavə edib ki, Moskva Rusiyanın tərəfdaşı olan Gürcüstanın da bu "3+3" platformasına (Rusiya-Türkiyə-İran və Ermənistan-Gürcüstan-Azərbaycan) qoşulmasını görmək istərdi.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью