Zaxarova 76 yaşı olan Lavrovu belə təbrik etdi

21.03.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xarici işlər naziri Sergey Lavrovu ad günü münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Bu gün Rusiya xarici işlər naziri və “Spartak”ın sadiq azarkeşi Sergey Lavrovun 76-cı doğum günüdür.

Çətin iş qrafikinə baxmayaraq, nazir “Spartak” veteranları ilə oyunlara getmək üçün vaxt tapmağa çalışır və həmçinin klubu dəstəkləyir”, – deyə Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Lavrova möhkəm cansağlığı, ailə səadəti və sevimli komandasının çıxışından bol sevinc arzulayıb.

Qeyd edək ki, Lavrov 21 mart 1950-ci ildə Moskvada anadan olub. 

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью