Zaxarova: Avropada qarışıqlıq Britaniya üçün digərlərinə nisbətən daha vacibdir

04.06.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın hakim dairələri üçün Avropa qitəsində qarışıqlıq yaratmaq digərlərindən daha vacibdir. Onun sözlərinə görə, bu, Britaniyanın xarici siyasətdəki uğursuzluqlarını ört-basdır etmək məqsədi daşıyır.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Diplomat qeyd edib ki, Londonda hələ də “cadugər ovuna” meyillilik, hər yerdə dominantlıq etmək, qarşıdurmalar yaratmaq və tərəfləri bir-birinə qarşı qoymaq cəhdləri müşahidə olunur. Zaxarova bu davranışları soyuq müharibə ssenarilərinə uyğun şəkildə qlobal qarşıdurmaları qızışdırmaqla siyasi dividendlər qazanmaq cəhdi kimi qiymətləndirib.

“Avropa qitəsində vəziyyəti daha da qeyri-sabitləşdirmək cəhdləri də bu məqsədə xidmət edir – yəni ümumi mənzərədə Britaniya o qədər də pis görünməsin. Britaniyanın, digərlərindən fərqli olaraq, Avropada qarışıqlığa ehtiyac duyduğu açıq-aşkar bəllidir”, – deyə Zaxarova vurğulayıb.

Rusiya XİN sözçüsünün fikrincə, Böyük Britaniyanın baş naziri Kir Starmer və onun tərəfdarları ölkə vətəndaşlarının rifahının artırılmasını prioritet hesab etmir. Onlar yalnız NATO üzvlərini və Qərbi Avropa ölkələrini Rusiyaya qarşı sanksiyalara sövq etməklə məşğuldurlar.

“Starmerin nümayiş etdirdiyi xüsusi və məqsədyönlü təşvişin səbəbi artan hərbi xərcləri əsaslandırmaq, partiyasını əhalinin gözündə daha cəlbedici göstərmək və diqqəti ölkədəki acınacaqlı sosial vəziyyətdən yayındırmaqdır”, – deyə Zaxarova əlavə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью