Zaxarova: Azərbaycana lazımi kömək göstərilir

05.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azov dənizində “Natra” və “Zirkon” gəmilərinə edilən hücumlar Kiyev rejiminin terrorçu mahiyyətini təsdiqləyib.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya Ukrayna qüvvələrinin “Natra” və “Zirkon” gəmilərinə hücumları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və respublikanın Moskvadakı səfirliyi ilə əlaqə saxlayır. Rusiya Ukrayna qüvvələrinin gəmilərə hücumlarından zərər çəkmiş vətəndaşlara konsulluq girişinin təmin edilməsində Azərbaycana lazımi köməkliyi göstərəcək”, - o bildirib.

Qeyd edək ki, “Natra” və “Zirkon” gəmilərinə hücum nəticəsində 5 azərbaycanlı ölüb, 3 nəfər yaralanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью