Zaxarova Azərbaycana təşəkkür etdi KONKRET

26.06.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İyunun 14-dən indiyədək İrandan Azərbaycan, Ermənistan və Türkmənistan vasitəsilə 900-ə yaxın Rusiya vətəndaşı təxliyə edilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN sözçüsü vəziyyətin gərginləşdiyi bir vaxtda rusiyalılarım İran və İsraili tərk etməsinə şərait yaradan ölkələrə, o cümlədən Azərbaycana bir daha təşəkkür edib.

Qeyd edək ki, İsrailin İrana raket hücumları başlayandan bu ölkədə olan Rusiya vətəndaşlarının əksəriyyəti Azərbaycanın İranla sərhəddəki “Astara” sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub. /apa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью