Zaxarova: Bayden başa düşdü ki, o, dünyanı nüvə münaqişəsinə sövq edir

14.01.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ prezidenti Co Bayden başa düşdü ki, Kiyev rejimini dəstəkləməklə dünyanı nüvə uçurumuna sürükləyir, amma yenə də münaqişəni qızışdırırdı.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bayden son xarici siyasət çıxışında etiraf etdi ki, ABŞ-ın Kiyevə dəstəyi Rusiya ilə nüvə qarşıdurması riski yaradır. Baydenin bugünkü bəyanatı qəsdən törədilmiş təxribatın etirafıdır. ABŞ prezidentinin administrasiyası bilirdi ki, bu, dünyanı məhv olmaq həddinə çatdırır, amma yenə də münaqişəni qızışdırır”, - deyə diplomat Telegram kanalında qeyd edib.

“Qərbdə Rusiyaya böhtan atan, onu hansısa “nüvə sabitliyinin pozulmasında”, “nüvə qılıncının sivrilməsində” və s. ittiham edənlərin hamısını bundan sonra yalançı və saxtakar adlandırmaq lazımdır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью