Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-də aparılacaq islahatların genişmiqyaslı və hərtərəfli olmasının vacibliyini vurğulayıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Zaxarova APEC sammitinin yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, islahatlar təşkilatın bütün sahələrini əhatə etməli, onun müxtəlif strukturlarında mövcud olan “çirkab, çürümə və durğunluğu” aradan qaldırmalıdır.
Diplomat qeyd edib ki, dəyişikliklər yalnız BMT-nin Nyu-Yorkdakı baş qərargahı və Təhlükəsizlik Şurası ilə məhdudlaşmamalıdır. İslahatlar BMT Katibliyinin daxili fəaliyyətinə və təşkilatın sisteminə daxil olan digər qurumlara da şamil edilməlidir.
Zaxarova onu da əlavə edib ki, BMT Katibliyinin nüfuzuna Qərb dövlətlərinin təşkilata öz şəxsi mülkləri kimi yanaşması nəticəsində zərər dəyib.