Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın müstəmləkəçilik siyasətini tənqid edib.
Bizim.Media xəbər verir ki, Zaxarova britaniyalıları tarixən qəddarlıqda ittiham edib.
“Britaniyalıların qan tökmək ehtirası çoxdan məlumdur”, – deyə diplomat bildirib.
Onun iddiasına görə, alman nasistləri konsentrasiya düşərgələrinin yaradılması təcrübəsini britaniyalılardan mənimsəyiblər.
Zaxarova həmçinin Hindistan və Keniyada yerli əhalinin müstəqillik və öz resurslarına sərəncam vermək hüququ uğrunda mübarizə apardığı dövrdə milli azadlıq hərəkatlarının yatırılmasını xatırladıb.
Bizim.Media