Zaxarova danışıqların Ukrayna dilinə sinxron tərcümə olunmasını anlamadığını deyib

20.05.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqlar rus dilində aparılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən həftə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar rus dilində aparılıb.

Zaxarova Ukrayna nümayəndə heyətinin rus dilində danışdığını söyləyib. Qeyd edib ki, danışıqlar sinxron olaraq ingilis, türk və Ukrayna dillərinə tərcümə olunub.

Rusiya XİN sözçüsü danışıqların Ukrayna dilinə sinxron tərcümə olunmasını anlamadığını, çünki ukraynalı danışıqçıların rus dilində danışdıqlarını əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью