Zaxarova Epşteyn işi ni görün nə ilə müqayisə etdi

04.02.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynə qarşı açılan işi oxumaq ürəkbulandırıcıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik Radiosu”na deyib.

Diplomat bu sənədləri oxumağı trillerlərə və real cinayət filmlərinə baxmaqla müqayisə edib.

“Hər şeyin mənəvi həddi olmalıdır. Ümumiyyətlə, Epşteynlə bağlı hekayə hələ formalaşmayıb, yayımlanan materiallar sadəcə aysberqin ucundakı bir qar dənəsidir”, – deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, 30 yanvarda ABŞ Ədliyyə Nazirliyi Epşteyn işindən 3 milyondan çox səhifənin açıqlandığını elan edib. Materiallar arasında həmçinin qadınların onlarla çılpaq fotoşəkili də var .

Xatırladaq ki,  Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmış, bir neçə ay sonra isə Nyu-York həbsxanasında intihar etmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью