Zaxarova Ermənistanı donmuş ətlə MÜQAYİSƏ ETDİ VİDEO

20.03.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Donmuş ətin buzunu əritmək vaxt aparır, mən yemək bişirməyi sevən evdar qadın kimi danışıram”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Ermənistanın KTMT-də iştirakı məsələsini şərh edərkən deyib.
“O ki qaldı Rusiyanın Ermənistan qarşısında KTMT çərçivəsində və ikitərəfli formatda olan öhdəliklərinə, onlar qüvvədədirlər. Eyni zamanda, İrəvanın KTMT-dəki fəaliyyətini dondurması Ermənistanın öz təhlükəsizliyini möhkəmləndirməsinə kömək etmir. Donmuş ətin isə buzunu əritmək vaxt aparır, mən yemək bişirməyi sevən evdar qadın kimi danışıram", - Zaxarova qeyd edib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью