Zaxarova G7 sammitində Zelenskini şərh ETDİ

17.06.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova G7 sammitində Ukrayna Prezidenti Volodymyr Zelenskyynin davranışını və görünüşünü sərt tənqid edib.

Redaktor.az xəbər verir ki, o, "Sputnik" radiosunun efirində çıxışı zamanı Zelenskinin özünü Qərb dünyasının mərkəzi kimi göstərməyə çalışdığını iddia edib.

"Zelenski ilə bağlı yayımlanan görüntülərə baxdım. Elə təəssürat yaranırdı ki, hansısa rituallar icra olunur. O, sanki yenidən hamıya özünü xatırlatmağa çalışırdı", – deyə Zaxarova bildirib.

Rusiya XİN rəsmisi Ukrayna liderinin geyiminə də toxunaraq onun sammitə "qara diktator kostyumu"nda gəldiyini iddia edib. Zaxarovanın sözlərinə görə, bu görünüş Zelenskinin özünü G7 ölkələrinin liderləri üzərində təsir sahibi kimi təqdim etməsinə hesablanıb.

"Kiyev rəhbəri üçün əsas məsələ özünü Qərb dünyasının mərkəzi kimi göstərmək idi", – deyə o vurğulayıb.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью