Zaxarova: Kiyev Moskva Bakı gərginliyini daha da qızışdırır

30.07.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova jurnalistlərə açıqlamasında dilə gətirib. O bildirib ki, UTX-nin planlaşdırdığı kampaniyalar çərçivəsində rusiyalı qaçqınlardan ibarət təxribat qruplarının Azərbaycan vətəndaşlarına , nümayəndəliklərinə, mədəniyyət obyektlərinə qarşı aksiyalar keçirməsi planlaşdırılır.
"Belə bir kampaniyanın məqsədi Azərbaycan, Türkiyə və Avropa mətbuatlarında guya "Rusiya təcavüzü"nü yaymaqdır", – xanım Zaxarova vurğulayıb.
Xatırladaq ki, Bakı və Moskva arasında münasibətlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların qətl və digər qanunsuz fəaliyyətdə şübhəli bilinərək saxlanılmaları nəticəsində gərginləşib.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью